Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 İyul

2017
09:31
510
Tale Bağırzadə Qobustan həbsxanasına köçürülüb

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Qobustan Qapalı Həbsxanasına köçürülüb.

Məlumata görə, ilahiyyatçı iyulun 29 səhər saatlarında Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan Qapalı Həbsxanasına göndərilib.

20 iyul 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin cəzalarının dəyişdirilmədən, olduğu kimi saxlanması barədə qərar verib.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.

Məqalədə : Taleh Bağırzadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru