Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
15:17
Sızan Səudiyyə sənədində Suriya və Rusiya strategiyası

ABŞ və müttəfiqlərinin Suriyaya təcavüzündən sonra "Wikileaks" Səudiyyə Ərəbistanına aid kritik bir sənədi yenidən yayıb.

FaktXəbər-in məlumatına görə, "Wikileaks"ın sosial media hesabında yayımlanan sənəddə Səudiyyə Ərəbistanının Suriya ilə bağlı uzunmüddətli strategiyası izah edilir.

BÜTÜN VASİTƏLƏRDƏN İSTİFADƏ EDİLƏCƏK

Sənədə görə, Səudiyyə Ərəbistanı mümkün olan bütün vasitələrlə Suriyada hakimiyyət dəyişikliyi istəyir. Buna qarşı isə Səudiyyənin ən böyük çəkindiyi məsələ Rusiyanın cavab verməsidir.

Səudiyyə Ərəbistanı Rusiyanın müdaxiləsinin ABŞ-ı çətin vəziyyətə salacağını hesab edir. Səudiyyə rəsmiləri tərəfindən verilən son bəyanatlar da ABŞ rəsmilərini "lazımi addımlar atmamaqla" ittiham etməsi yönündədir.

Suriya rəhbərliyinə qarşı yönəldilən "kimyəvi hücum" təxribatı məsələsi ortaya atıldıqda isə ilk olaraq 2015-ci ilin yayında yayımlanan Səudiyyə strategiya sənədində "bütün vasitələrdən istifadə edilməsi" istiqamətindəki planlar yada düşür.

RUSİYA TƏNQİD VƏ TƏHQİR EDİLMƏYƏCƏK

Sənədə əsasən, Rusiyanın hərbi müdaxiləsindən çəkinən Səudiyyə rəhbərliyi ölkə mediasına mövzu ilə bağlı göstəriş verərək Rusiyaya qarşı yazı yazılmamasını və Rusiyanı tənqid və təhqir etməkdən çəkinməsini istəyib.

Səudiyyə rəsmiləri Rusiyanı hədəf almayaraq Suriyaya müdaxilə planlarının asanlaşmasına ümid edir.

SURİYA MÖVCUD BÖHRANDAN ÇIXARSA...

Sənəddə bildirilir ki, Suriya hökuməti mövcud böhrandan hər hansı bir şəkildə çıxarsa, ona qarşı olan ölkələrdən intiqam alacaq.

Sənədə görə, Səudiyyə krallığı və körfəzdəki bəzi ölkələr siyahının əvvəlində gəlir. Suriya rəhbərliyinin intiqamından qorxan Səudiyyə Ərəbistanı məhz buna görə mümkün olan bütün yollarla Suriyadakı mövcud hakimiyyətin devrilməsini istəyir, hətta bu, Qərb ölkələrinin arzusu olmasa belə.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 07:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com