Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
14:28
1500
Səyavuş Aslanın ölümü ilə bağlı şok etiraf: Onu iki oğlu öldürüb

Bu gün xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın ad günüdür.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur müsahibəsində Səyavuş Aslanı oğlanları öldürdüyünü etiraf edib.

- Əli müəllim, mərhum sənətkar Səyavuş Aslanı necə aktyor idi?

- 1991-ci ildə Akademik Milli Dram Teatrı Türkiyənin İstanbul şəhərinə qastrola getmişdi. Həmin qastrolda teatr İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşası ilə çıxış etdi. Səhəri bütün türk mətbuatı Azərbaycanın teatr sənətindən, xüsusi ilə də xalq artisti Səyavuş Aslandan yazdı. Bütün türk mətbuatı yazdı ki, Səyavuş Aslan dünya şöhrətli aktyordur. Dünya şöhrətli aktyor adını hər adama vermirlər. Bu adı Səyavuş Aslana verdilər. Səyavuş Aslan qeyri-adi aktyor idi. Onun çox zəngin daxili aləmi vardı. Dəvət aldığı bütün obrazları sinəsində yaşatmağa gücü vardı. Onu Musiqili Teatrda komik aktyor kimi tanıyırdılar. Amma o, Akademik Milli Dram Teatrına gələndən sonra elə tamaşalar oynayırdı ki, tamaşaçı göz yaşını saxlaya bilmirdi. Onda olan sənət imkanları sonsuz idi. Səyavuş Aslan dəniz yox, bir okean idi. Mən çox istərdim ki, o, Akademik Milli Dram Teatrında Şeksprin tradik rollarını oynayaydı. Tamaşaçılar ona heyrətlənirdi. Teatrın repertuarında olan “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasına baxırdıq, göz yaşımız sel kimi axırdı. Onun həmin tamaşada oynadığı obrazda yaşadığı iztirabları, yaşantıları dəhşət idi. Çox təəssüflər olsun ki, onun imkanlarından istifadə olunmadı.

- Yəni, ona qarşı haqsızlıqlar olundu?

- “Bəyin oğurlanması” filmində xalq artisti Yaşar Nurinin yaratdığı obrazda Səyavuş Aslan çəkilməli idi. Amma Yaşar Nuri çəkildi. Cəlil Məmməquluzadənin “Qurbanəli bəy”ində Səyavuş çəkilməliydi, amma iş elə gətirdi ki, həmin obrazda da Yaşar Nuri çəkildi. Yaşar da böyük aktyor idi. Amma bu rollar sanki Səyavuş Aslan üçün yazılmışdı. Onda o qədər qeyri-adilik vardı ki. Səyavuş Aslan səhnəyə çıxanda elə bilirdin ki, səhnə dolub, orda addım atmağa yer yoxdur. Bir aktyorun ifası o boyda səhnəni doldururdu. Onun orta boyu, bədən quruluşu, aurası, talantı bir-birini əvəzləyirdi. Səhnəyə çıxan kimi tamaşaçıları ələ alırdı. Sanki hamını sehirləyirdi.

- Tamaşaçı Səyavuş Aslanı komik aktyor kimi tanıyırdı. Amma həqiqətdə Səyavuş Aslanın üzündə dərin bir kədər, iztirab vardı... Nə idi onu bu qədər üzən?

- Həyatı... Ailəsi... Səyavuş Aslan çox kədərli idi. Onun dərdi, qayğıları vardı. Həyatı, ailə vəziyyəti, uşaqları, problemləri, narazılıqları vardı. Bütün buna baxmayaraq, səhnəyə çıxanda bunları unudurdu. Aktyorda ən böyük məharət bir anda başqalaşmaqdır. Bunu ancaq Səyavuş Aslan bacarırdı. Onun böyüklüyü, dahiliyi onda idi ki, tragediya, komik, dramatik rolların fərqi yox idi, hamısı eyniydi. Bu, hər aktyora nəsib olmur. O, oynadığı hər hansı rolda məharətini göstərirdi. Bu, onda Allah vergisi idi. Sənətini sevirdi. Qayınatası Rza Əfqanlı Azərbaycanın böyük aktyoru idi, gözünü açandan səhnədə olub. Aktyor sənətini güclü bilirdi. Bu da onun böyüklüyünə xidmət edirdi.

- Bəs, belə bir dahi aktyoru nə öldürdü?

- Onu balaları, iki oğlu öldürdü. Səyavuşdan geriyə heç nə qalmayıb.(Aznews.az)

Məqalədə : Səyavuş Aslan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
260

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
349

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
232

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
263

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
216

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
243

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
253

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
542
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru