Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Mart

2017
14:12
1947
İsveçin paytaxtı Stokholmda qızılca virusu yayılıb

İsveçin paytaxtı Stokholmda son günlərdə yayılmağa başlamış qızılca virusu səhiyyə təşkilatlarını ayağa qaldırıb. 

FaktXəbər-in məlumatına görə, Xalq Sağlamlığı Mərkəzi virusun qaçqınların sıx yaşadığı Jrvada başladığını, yayılmasından narahat olduqlarını açıqlayıb.

İlkin məlumata görə, hazırda üçü azyaşlı 7 uşaqda qızılca xəstəliyi aşkar edilib.

Mütəxəssislərin bildirdiyinə görə, epidemiyaya səbəb xüsusilə Somalidən olan ailələr arasında qızılca vaksininin autizm xəstəliyi yaratdığı şayiəsinin yayılmasıdır. Həkimlər ailələri uşaqlarını dərhal peyvənd etdirməyə çağırıblar. 

Xalq Sağlamlığı Mərkəzi normal hədəflərinin əhalinin 95 faizini qızılca xəstəliyinə qarşı peyvəndləmək olduğunu bildirmələrinə baxmayaraq, ailələrin peyvənddən qaçması səbəbilə bu rəqəmin 70-də qaldığını açıqlayıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru