Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
11:42
379
İsveçin baş naziri: Türkiyə rəsmiləri ölkəmizdə tədbir keçirə bilər

FaktXəbər-in verdiyi məlumata görə, İsveçin baş naziri Stefan Löfven dünən Berlinə səfəri zamanı Türkiyə və Hollandiya arasındakı qalmaqala münasibət bildirib. Stefan Löfven Hollandiya hökumətinin türkiyəli nazirləri ölkədən deportasiya etməsi ilə bağlı deyib ki, hər bir ölkə durumunu özü dəyərləndirir: "Təbii olaraq Türkiyədəki hadisələrdən narahatıq. İnsanlar həbs olunur və işlərindən məcburi çıxarılırlar. Söz azadlığı məsələsində məhdudiyyətlər var. Ancaq ən çətin vəziyyətlərdə dialoqa ehtiyac var"

İsveçin hökumət rəhbəri həmçinin qeyd edib ki, Türkiyə rəsmilərinin ölkəsində seçki kampaniyası çərçivəsində toplantı keçirmələri üçün heç bir maneə yoxdur: "İsveçdə sərbəst toplaşmaq və fikir azadlığı var. Tələb olunarsa özünü ifadə etmə imkanı mövcuddur. Sadəcə rəsmilər bunun etibarlı və ardıcıl şəkildə etməlidir. Təhlükəsizlik məsələsində heç vaxt güzəştə gedə bilmərik".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru