Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
11:42
581
Suriya qoşunları Rəqqa yaxınlığında neft və qaz yataqlarını İŞİD-dən geri alıb

Suriya qoşunları və xalq könüllüləri Rəqqa şəhərindən cənubda  Əl-Halaa və Zamlə  qaz yataqlarını İŞİD terror qruplaşmasının əlindən alıb. FaktXeber.com-un verdiyi məlumata görə,  bu barədə “Suriya” telestansiyası ölkənin  Silahlı Qüvvələrinə istinadla  xəbər yayıb.

Məlumata görə, qanlı qarşıdurmalardan sonra SƏR ordusu  həmçinin Əl-Fəhd yataqlarında 12 neft quyusunu və oradakı neft stansiyasını da qaytarıb. 

Qeyd edək ki, iyun ayında Suriya Silahlı Qüvvələri Fəratın cənubunda Əs-Saura və Əl-Habbari neft sahələrini ələ keçirmişdilər.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru