Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
09:41
1137
Suriyada İŞİD-çi `Ağ dul qadın` və cəllad oğlu öldürülüb

Amerika pilotsuz təyyarəsinin Suriyanın Rəqqa şəhərində aviahücumları zamanı İŞİD terror təşkilatının sıralarında döyüşən "Ağ dul" ləqəbli britaniyalı Salli Cons məhv edilib. FaktXeber.com-un məlumatına görə, bu barədə Times qəzeti xəbər verib.

"Salli Cons və onun oğlunun  öldüyü barədə ehtimallar belə görünür ki, həqiqətdir", deyə nəşr Britaniya hökumətində mənbəyə istinadla bildirir.

"Ağ dul" ilə bərabər onun 12 yaşlı oğlunun da  həlak olduğu deyilir.

Nəşr əlavə edib ki, Cons oğlu ilə birlikdə Rəqqadan qaçmaq istəyərkən aviazərbələrə tuş gəlib.

Britaniya əsilli qadının taleyini son illər Birləşmiş Krallığın  xarici kəşfiyyatı olan MI-6 izləyib.

The Sun qəzeti isə bildirib ki, "Ağ dul"un məhv edilməsi barədə  Londona  Amerika tərəfi xəbər verib.

Qeyd edək ki, "Ağ dul"un tarixçəsi barədə  cari ilin iyul ayında Al-Hayat qəzeti zəbər vermişdi. Bildirilir ki, 4 il öncə Kent qraflığında Krunch rep –qrupunun tərkibində çıxış edən 45 yaşlı 2 uşaq anası Birminqemdən olan sələfi ilə ailə qurur. Suriyada Salli  Cons İŞİD-in Avropada terrorçuluğa baş cəlb edəni olan və azı 12 terror aktının hazırlanmasında iştirak edən  əri Cüneyd Hüseynin ən yaxın köməkçisi olur.

Cons  özü ilə birlikdə Rəqqaya  kiçik oğlu  Co Diksonu da aparır, hansı ki terrorçuların saytında dərc olunan roliklərini birində yeniyetmə cəllad rolunu oynayıb.

"Ağ dul"un əri iki il öncə  Amerika pilotsuzu tərəfindən məhv edilir. Əri üçün təqaüd alan Salli İŞİD-in reklam kapmaniyasında iştirak etməyə başlayır.  İlk əvvəl o, Cuneydin intiqamını almağa və İmm Huseyn adı altında ilk britaniyalı intiharçı olacağına vəd verdi. Sonradan o, elan etdi ki, Qərbdə  terror aktları planlaşdıran diversantlar qrupuna rəhbərlik edib.

Məqalədə : Ağ dul qadın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:57

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru