Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
10:29
1224
Suriyada `kimyəvi hücum` yalanı ifşa olundu- VİDEO

"One America News Network" telekanalının jurnalistləri Suriyanın Duma şəhərində olarkən kimyəvi  hücumun əlamətlərinə rast gəlməyiblər. FaktXəbər bildirir ki, bu barədə telekanalın saytında və YouTube səhifəsinə yerləşdirilmiş reportajda deyilir.
 
Müxbir Pirson Şarp bildirib ki, Dumada rəyi soruşulan şəhər sakinlərinin heç biri kimyəvi hücum versiyasını təsdiqləməyib: "Onlarla sakinlə söhbət olundu və hamısı kimyəvi hücumla bağlı nəsə görmədikləri və eşitmədiklərini bildirdilər. "Onlar (yerli sakinlər) deyirdilər ki, bu, uydurmadır və saxtakarlıqdır".

Amerikalı jurnalistlər həmçinin üzə çıxarıb ki, "kimyəvi hücum"dan sonra görüntülərin qeydə alındığı xəstəxananın həkimləri bu məlumatı təkzib ediblər. Suriyalı həkimlər qeyd ediblər ki, xəsatəxanaya bir qrup şəxs gəlib və "kimyəvi hücum",-deyə qışqırmağa başlayıb, bundan sonra xəstələrin üzərinə su tökməyə başlayıblar.

Məqalədə : Duma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 10:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status