Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Mart

2017
13:36
511
Suriya ordusu: İsrail təyyarələrini vurduq

FaktXəbər-in AFP-yə istinadən verdiyi məlumata görə, Suriya ordusu bu gün səhər dörd İsrail təyyarəsinin ölkənin hava sərhədlərini pozmasını açıqlayıb. 

Açıqlamaya görə, bir İsrail təyyarəsi endirilib, digəri isə vurulub. Rəsmi Dəməşq İsrail təyyarələrinin vurulmamışdan əvvəl Suriya hava məkanını pozaraq Palmira yaxınlığındakı bir hərbi obyektə hücum etdiyini bildirib.

İsrail ordusundan verilən yazılı açıqlamada isə, "İsrail hava qüvvələrinə məxsus döyüş təyyarələri Suriyada bir çox nöqtəni bombalayıb", - deyə bildirilir. Açıqlama hədəf alınan nöqtələrin kimə aid olduğu göstərilməyib.

Qeyd edək ki, İsrail rejimi Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana Suriya ordusuna və İŞİD-lə döyüşən Hizbullah qüvvələrinə vaxtaşırı hava zərbələri endirilir.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru