Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Mart

2017
09:26
512
Suriya danışıqları üçün nümayəndələr Astanaya toplaşıb

Qazaxıstanda Suriyada vəziyyətin nizamlanması üçün keçirilən  Beynəlxalq görüşə Türkiyə və İran nümayəndələri artıq gəlib. FaktXeber.com-un məlumatına  görə, bu barədə  Qazaxıstan  XİN rəhbəri Kayrat Abdrahmanov bəyan edib. 

«Türkiyə və İranın  nazir müavinləri səviyyəsində  nümayəndələri artıq gəliblər, RF prezidentinin xüsusi nümayəndəsi və RF XİN-in xüsusi nümayəndəsi burdadırlar. ABŞ nümayəndəsi qismində iştirak edən ölkəmizdəki səfir Corc Krol və Vaşinqton nümayəndələri də burdadır», - deyə Abdrahmanov  bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Astanada danışıqlarda iştirak etmək üçün Rusiya, Suriya hökuməti nümayəndələri və BMT-nin nümayəndəsi Miloş  Struqar (BMT-nin Cənubi Livanda nümayəndəsi) Qazaxıstana gəliblər.

Suriya hökumətini SƏR-in BMT-dəki  nümayəndəsi  Bəşər Cəfəri təmsil edir.

Xatırladaq ki, martın 14-15-də  Astanada  Suriyada vəziyyətin nizamlanması üzrə  növbəti görüş keçiriləcək. Martın 14-nə  ilkin konsultasiyalar, martın 15-nə isə  görüş iştirakçılarının plenar  iclası nəzərdə tutulub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:49

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru