Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
15:35
Suraxanıda qadın narkotacir saxlanılıb - FOTO

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. 

DİN-dən FaktXəbər-ə verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda qızıl mədəni çöküb

12

Dekabr
11:40
DÜNYA
70

Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub

12

Dekabr
10:46
HÜQUQ,HADİSƏ
178

Azərbaycan nefti ucuzlaşdı, "Brent" bahalaşdı

12

Dekabr
09:59
İQTİSADİYYAT
300

Atəşkəs 22 dəfə pozuldu

12

Dekabr
09:45
HƏRB
260

AMB-nin valyuta məzənnələri

12

Dekabr
09:37
İQTİSADİYYAT
251

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 11:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru