Sumqayıtda silahlı insident: Bir nəfər ölüb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
16:19
1764
Sumqayıtda silahlı insident: Bir nəfər ölüb

 Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib. FaktXeber.com-un "Report"a istinadla məlumatına görə, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə : Sumqayıt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com