Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
12:35
1065
Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib

Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.

Bu barədə şəhər sakini, şəhid ailəsi üzvü Zaur Məmmədov Modern.az-a şikayətini bildirib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib. Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: 

"Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Xeberle.com sözügedən məsələylə bağlı  Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru