Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
15:12
3914
Səudiyyə Ərəbistanı 13 yaşında həbs olunan Murtazanı edam edəcək

Səudiyyə Ərəbistanı 13 yaşında həbs olunan yeniyetməni edam etməyə hazırlaşır. FaktXeber.com-un "İndependent"ə istinadla verdiyi məlumata görə, bu barədə Amnesty International xəbər yayıb.

Hazırda 18 yaşında olan Murtəza Kureyrisu 13 yaşında olarkən etiraz aksiyasında iştirak etdiyi üçün saxlanılıb və "terror təşkilatında iştirak" maddəsi ilə ittiham olunub. O, həmçinin "Molotov kokteyli" hazırlamaqda və ondan hüquq mühafizəçilərə qarşı istifadə etməkdə təqsirləndirilib.

CNN-in məlumatına görə, yeniyetmə bütün bu ittihamları təkzib edərək bildirib ki, onun ifadəsi işgəncə altında alınıb və hazırda prokuror bu ifadələri əsas götürür.

Amnesty İnternational bəyan edib ki, Dövlət İttihamçısı Kureyrisunun cəmi 10 yaşında olarkən baş verən qanun pozuntularına görə, ona ölüm hökmünü tələb edib.

"Səudiyyə Ərəbistanı özünə qarşı müxalifləri, o cümlədən həbs vaxtı uşaq olan vətəndaşlarını cəzalandırmaq üçün hər şeyə, hətta edam etməyə hazırdır", - deyə Amnesty International-ın Yaxın Şərq məsələləri üzrə direktoru Linn Maaruf bəyan edib, -  "Murtəza Kureyrisin cəmi 10 yaşında olarkən etiraz aksiyalarınzda iştirak etdiyi üçün məhkəmə qarşısına çıxarılması dəhşətli haldır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında  şiə icmasının üzvlərindən olan Kureyris 2014-cü ildə ailəsi ilə Bəhreynə gedəkən saxlanılıb. Həmin vaxt o, ölkədə  ən gənc siyasi məhbus sayılırdı. Həbsdən sonra o,Əl-Dəmmam şəhərində   yeniyetmələr üçün Darul-Mulahaza həbsxanasında bir adamlıq kamerada saxlanılıb. Burada ona işgəncə edildikdən sonra ifadə alınıb və 16 yaşlılar üçün həbsxanaya göndərilib.

"Səudiyyə Ərəbistanı hökuməti siyasi müxalifliyə təzyiq göstərmək və anti hökumət nümayişlərində iştirak edənləri, o cümlədən ölkədə ayrı-seçkiliyə məruz qalan şiələrdən olan uşaqları cəzalandırmaq üçün edam hökmündən təzyiq vasitəsi kimi istifadə edir", - deyə xanım Maaluf bildirib.

Xatırladaq ki, cari ilin əvvəlində Ər-Riyadda son bir neçə ilin ən iri miqyaslı kütləvi edamı həyata keçirilmişdi. Belə ki, həmin vaxt "terror" ittihamı ilə 37 nəfər edam olunmuşdu.

Human Rayts Votç bəyan edib ki, ittiham olunanların əksəriyyəti şiələrin nümayəndələri olub.

Qeyd edək ki, səud rejimi dünyada öz müxaliflərinə qarşı qəddar münasibəti ilə məşhurdur. Belə ki, cəmi bir neçə ay öncə Türkiyədə, İstanbul konsulluğunda rejimə müxalifliyi ilə tanınan jurnalist Camal Xaşuqi (Kaşıkçı) qəddarcasına qətlə yetirilmişdi. Onun bu günə qədər hansı şəraitdə öldürüldüyü məlum deyil.

Bundan başqa, rejimə müxalif olanlar, o cümlədən etiraz aksiyalarında iştirak edənlərə ölüb hökmü verilir. Bir neçə il öncə isə böyük İslam alimi Şeyx Nimr edam cəzası ilə qətlə yetirilmişdi.

Məqalədə : Səudiyyə Ərəbistanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
314

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
750

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
583

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
398

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
82

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1593
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 11:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru