Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Avqust

2017
10:39
261
Səudiyyə ordusu sadə vətəndaşlara nə üçün hücum çəkib? - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Əl-Avamiyyə şəhəri döyüş poliqonuna çevrilib. Belə ki, ordu qüvvələri şəhərdə ağır texnika və avtomat silahlardan istifadə edərək əhalini zorla qəsəbələrdən çıxarır. 

Şiə əhalini hədəf seçən səudiyyəli hərbçilər sadə vətəndaşların məscid və ibadət yerlərini də dağıtmağa başlayıb. Səudiyyə əsgərləri Əl-Avamiyyədə məscidləri ələ keçirməsini lentə alaraq bunu bayram kimi qeyd ediblər. 

Amerikalı siyasi analitik Keyt Preston "Təsnim" agentliyinə müsahibəsində Əl-Avamiyyədə aparılan əməliyyatların vəhhabi ideologiyasının tərkib hissəsi olduğunu bildirib: "Regionda geosiyasi narahatlıqlar keçirən Səudiyyə rejimi üçün vəhhabi ideologiyası Yəmən və Qətifdəki şiələri öldürməsi üçün yaxşıca bəhanədir. Səudiyyə rəhbərliyi Yəməndə etdiklərinin oxşarını Əl-Avamiyə şəhərində xalqına qarşı tətbiq edir. Bölgədə yaşayan şiələri hədəf seçir və xalqını evlərini tərk etməyə məcbur edir. Həyata keçirilən əməliyyatlar oxşardır. Səudiyyə Ərəbistanı rəhbərliyi Yəmən və Əl-Avamiyyə bölgəsindəki şiələri hədəf alaraq İranla müharibəyə girir".

Məqalədə : Əl-Avamiyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru