Səudiyyənin baş müftisi: İsrailə qarşı döyüşmək haramdır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2017
12:26
17162
Səudiyyənin baş müftisi: İsrailə qarşı döyüşmək haramdır

FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının baş müftisi və Üləma Heyətinin rəhbəri Əbdüləziz Ali Şeyx qalmaqallı açıqlama ilə çıxış edib. Belə ki, vəhabi müfti "Əl-Əqsa" məscidi ətrafında yaranan problemlər zamanı iştirak etdiyi televiziya proqramında qeyd edib ki, İsrailə qarşı müharibə etmək caiz deyil (müharibə etmək olmaz). 

O, həmçinin bildirib ki, Fələstinin azadlığı uğrunda mübarizə aparan Həmas hərəkatı terror təşkilatıdır və Hizbullah təşkilatına qarşı mübarizə aparmaq üçün İsrailə dəstək verə bilər. 

Qeyd edək ki, Səudiyyə baş müftisinin bu açıqlaması İsrail rejimində müsbət qarşılanıb. İsailin rabitə naziri Eyyub Kara vəhabi müftinin bu çıxışını dəstəkləyib və onu ölkəsinə dəvət edib: "Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyxi yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvasına görə təbrik edirik. Ali Şeyx, Həmasın terror təşkilatı olduğunu və fələstinlilərə zərər verdiyini, "Əl-Əqsa"da keçirilən aksiyaların iötişaş olduğunu və Hizbullahı yox etmək üçün İsrail ordusu ilə əməkdaşlıq edə biləcəyini deyib. Mən müftini İsraili ziyarət etməyə dəvət edirəm, o, yüksək səviyyədə qarşılanacaq".

Məqalədə : Səudiyyə Ərəbistanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 21:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com