Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
12:41
Səudiyyə 1 milyonda artıq müsəlmanın Həcc və Ümrəsinin qarşısını alır

Bu günə kimi israilli və fələstinli müsəlmanlar İordaniya pasportu ilə Həccə gedirdilər. FaktXeber.com-un Haberler-ə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı  artıq İordaniya pasportunu ləğv edib, bununla da 1 milyondan artıq müsəlmanın Həccə getməsinin qarşısı alınıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Təl-Əviv arasında diplormatik əlaqələr olmadığı üçün İsrail və Fələstindəki müsəlmanlar 1978-ci ildən bəri həmin dövrdə İordaniya kralı olmuş Hüseynin  fərmanı ilə  Həcc mərasimində iştirak etmək üçün İordaniyaya keçib müvəqqəti pasport aldıqdan sonra Ərəbistana girə bilirdilər.

İordaniya Həcc komitəsinin rəhbəri Salim Salah Ərəbistan hökumətinin noyabr ayında verdiyi qərarla əlaqədar, bundan sonra Həcc və ümrə əməlləri yerinə ytirmək istəyənlərin müvəqqəti İordaniya pasportlarını qəbul etməyəcəklərini bildirib. Salim Salah Qərbi Qüds, Qəzza zolağı və qərb qanadında olan təqribən 1 milyondan artıq müsəlmanın Həccə getməsinin qarşısının alındığını bildirib.

İordaniya İslami Əlaqələr və Müqəddəs Yerlər Nazirliyi isə bu qərarın ləğv edilməsi üçün Ərəbistanlı rəsmilərlə əlaqə yaratdıqlarını, ancaq bir nəticəyə gələ bilmədiklərini söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com