Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
16:55
2493
Sudanda çevriliş oldu, xalq hərbi rəhbərlik istəmir

30 ildir prezident kürsüsündə əyləşən Ömər əl-Bəşirin əvvəlcə devrilməsi, daha sonra həbsi ilə sona çatan dövlət çevrlişini xalq birmənalı dəstəkləmir. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, uzun müddətdir hökumət əleyhinə mitinq keçirən narazı kütlə hərbi idarəçiliyə dəstək verməyəcəyini açıqlayıb.

Sudan xalqı ölkənin bundan sonra hərbi idarəçiliklə deyil, keçid hökuməti ilə idarə olunmasının tərəfdarı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Sudan müdafiə naziri Avad Məhəmməd Əhməd ibn Auf prezident Ömər əl-Bəşirin həbs olunduğunu, hökumət və yerli hakimiyyət orqanlarının ləğv edildiyini, qurulacaq hərbi şuranın ölkəni iki il idarə edəcəyini və üç ay boyunca fövqəladə vəziyyət elan ediləcəyini açıqlayıb.

***

15:25 - Sudan prezidenti Ömər əl –Bəşir və onun yaxın ətrafı həbs olunub. Hazırda onun  digər yaxınlarının axtarışına başlanılıb. FaktXeber.com-un məlumatına görə, bu barədə RİA Novosti-yə  ərəb respublikasının  təhlükəsizlik xidmətindəki mənbəyə istinadla bildirib. 

Xatırladaq ki, Sudanda prezident Ömər əl-Bəşiri devirən hərbçilər bütün siyasi məhbusları həbsxanalardan azadlığa buraxıb.

***

11:24 - Sudan prezidenti Ömər əl-Bəşir tutduğu postdan rəsmən istefa verib. FaktXəbər bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

***

10:24 - Sudanda hərbi çevrilişdən sonra nazirlərin həbsi başlayıb. FaktXəbər bildirir ki, bu barədə Səudiyyənin "al-Hadath" kanalı məlumat yayıb.
 
Kanalın məlumatına görə, Sudanın sabiq müdafiə naziri Əbdürrəhim Hüseyn, hakim "Milli Konqres" partiyasının sədri Əhməd Harun, eləcə də prezident Ömər əl-Bəşirin müavini Əli Osman Tah həbs olunub.

Son məlumata görə, Sudan həbçiləri ölkəyə müvəqqəti rəhbərlik etmək üçün Abdül Fəttah Burhanı təyin ediblər.



Bu arada Sudanın paytaxtı Hartumdakı beynəlxalq hava limanı bağlanıb. FaktXəbər bildirir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalı məlumat verib.

***

09:32 - Sudan ordusu ölkədə hərbi çevriliş edib. FaktXəbər bildirir ki, bu barədə "əl-Mayadin" telekanalı məlumat yayıb.

Bildirilir ki, Sudan ordusu prezident Ömər əl-Bəşiri bütün vəzifələrindən çıxarmağa və hökuməti deviməyə qərar verib.

Məlumata görə, Sudan Hərbi Şurası ölkəni idarə etməyi ibir illik öz üzərinə götürüb.

Hazırda Prezident Sarayı əsgərlər və zirehli vasitələrlə əhatə olunub. Həmçinin, hərbçilər səhər saat 06:00 radələrindən dövlət televiziyası və radiosunu ələ keçirib və yayımı dayandırıb. Hazırda vətənpərvərlik musiqisi səsləndirilir.

***

08:52 - Sudan ordusu dövlət televiziyasının binasını mühasirəyə alıb. FaktXəbər bildirir ki. bu barədə "NTV" telekanalı məlumat yayıb.

Sudan dövlət televiziyası qısa müddətdə ordunun vacib açıqlama ilə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Sudanda prezident Ömər əl-Bəşirin istefası səbəbilə 5 gündür genişmiyaslı mitinqlər keçirilir.

Sudan Sosial Media Mərkəzi dünən yaydığı bəyanatda açıqlayıb ki, Sudanda şənbə günü etirazlar zamanı 5-i əsgər olmaqla 21 nəfər dünyasını dəyişib.

Sudanda hökumət əleyhinə keçirilən mitinqlərdən görüntülər

Məqalədə : Sudan çevriliş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1779

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2082

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
233
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru