Səud şahzadəsi Küveytdən çıxarılıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
15:03
2487
Səud şahzadəsi Küveytdən çıxarılıb

Küveytin DİN rəhbəri Səudiyyə şahzadəsin Təlal bin Əbduləziz əl-Rəşidin oğlu Navaf Təlalı ölkəsindən çıxararaq Səudiyyə Ərəbistanına yollaması barədə bəyanat yayıb.

FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, Küveyt bu addımını Ər-Riyadla ikitərəfli qarşılıqlı təhlükəsizlik tədbirlərini reallaşdırmaqla izah edib.

Bəyanatda digər təfərrüatlar bildirilməyib.

Bu bazar günü həbs olunduğu barədə yerli qəzetlərdə yayılan məlumatlardan bəri Səudiyyə-Qətər vətəndaşının taleyi barədə ilk rəsmi xəbərdir.

Qeyd edək ki, Qətər İnsan Haqlar Təşkilatı bazar günü Səud hökumətinin heç bir formal ittiham irəli sürmədən qeyri-qanuni həbsi barədə Əl-Raşidin ailəsindən şikayət aldığını bəyan edib.

Bəyanata əsasən, Küveytə səfərindən sonra ailə Əl-Raşidlə  rabitəni itirib.

Talal bin Əbduləziz əl-Raşidin oğlu Dohada yaşayır. Bundan əvvəl xəbər verilmişdi ki, Qətər hökuməti onun Səudiyyə Ərəbistanı tərəfindən öldürülə biləcəyindən ehtiyat edərək tədbirlər görüb.

Raşidlə baş verənlər – Səudiyyə Ərəbistanının səbəbsiz yerə Qətər vətəndaşlarını saxlamaq üçün yalançı bəhanələrinə nümunədir, - deyə komitənin bəyanatında bildirilir.

Aprel ayında  həmçinin heç bir izah verilmədən, ittihzam irəli sürülmədən Yəmənlə sərhəddə ailəsi ilə görüşməyə gələn Qətər vətəndaşı həbs olunmuşdu.

Məqalədə : Səud ailəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com