Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2017
12:52
526
İstirahət günü Azərbaycanda güclü külək əsəcək, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) FaktXəbər-ə verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.  Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz  16-18° isti olacaq. Atmosfer  təzyiqi  765 mm civə sütunundan 751 mm civə sütununa  enəcək. Nisbi rütubət   gecə 70-80 %, gündüz  45-50 %  təşkil edəcək.

Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Aprelin 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturnun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru