Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

14 İyul

2017
11:11
476
STAR zavodunda kütləvi zəhərlənmə - SOCARDAN AÇIQLAMA

SOCAR-ın törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə baş vetib. Zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Qəzetə danışan zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə "Gemond", "Tekfen" və "İlk İnşaat" kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir. "Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Təxminən 1500 nəfər zəhərlənib. Ətin keyfiyyətsiz olduğu deyilir. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur", - deyə işçilərdən biri bildirib.

O da bildirilir ki, nahar zamanı xeyli insanın halının pisləşdiyini görən işçilərin bir qismi yeməyi boykot edib.

SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: "Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib".

Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib" "Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

SOCAR STAR neft emalı zavodunda baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib.

SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, zəhərlənmənin qidadan baş verib-verməməsi barədə danışmaq tezdir: "Zəhərlənmə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, 300 nəfərə yaxın işçi isə özünü narahat hiss etdiyi üçün tibbi müayinə alır. Hadisənin baş vermə səbəbinin qida olub-olmaması araşdırılır. Belə ki, qida nümunələri laboratoriyaya göndərilib".

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, STAR neft emalı zavodunun ərazisində yüzlərlə podratçı şirkət fəaliyyət göstərir və sözügedən hadisə də məhz o şirkətlərdən birinin sahəsində baş verib: "Həmin podratçının bir keytrinq şirkəti ilə müqaviləsi var və əməkdaşlıq çərçivəsində şirkət işçilərinə ödənişsiz yemək verir. Başqa sözlə, məsələnin SOCAR və ya STAR-a aidiyyəti yoxdur".apa

Məqalədə : SOCAR 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru