Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

07 Fevral

2017
12:04
885
Stüardessa, yeniyetmə qızı insan alverçilərindən xilas etdi - VİDEO

Alaska Airlines aviakompaniyasının sütuardessası yeniyetmə qızı insan alverçilərinin əlindən xilas edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  BBC xəbər yayıb.

Şelia Fedrik jurnalistlərə bildirib ki, nimdaş geyimli qızı yaxşı geyinmiş adamların yanında görəndə narahat olub. 

«Yeniyetmənin baxışı  elə idi ki, elə bil «cəhənnəmi» görüb gəlib. Onun yanındakı kişilər isə qıza danışmağa imkan vermədilər», - deyə heyət üzvü baş verənləri xatırlayarkən bildirir.

Onun sözlərinə görə, vəziyyəti belə görəndə, qıza işarə edir ki, ayaqyoluna getsin. Yeniyetmə stüardessanın dediyini edəndə, orda kağız qələm görür. Qız dərhal  ora insan alverçiləri tərəfindən qaçırıldığını və yardım istədiyini yazır.

Fedrik dərhal bu barədə pilotları məlumatlandırır, onlar da öz növbəsində yerlə əlaqə saxlayaraq, polisə xəbərdarlıq edirlər.

2011-ci ildə baş verən hadisə barədə bu həftə KİV-ə məlumat verilib.

Hazırda xilas edilən qız  kollecdə təhsil alır  və əvvəlki kimi stüardessa ilə ünsiyyətdədir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com