Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2018
10:05
3591
Sərnişin daşıma xidmətləri taxoqrafla təchiz ediləcək

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə əlavə edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Əlavəyə görə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrini taxoqrafla təchiz edilməlidir.

Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazdır.

Məqalədə : taxoqrafla 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
174

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
89

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
107

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
562

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
124

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
250

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
191

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1190
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 20:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru