Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Dekabr

2016
14:03
441
Sürüşmə sahələrində gərginlik artıb: təsərrüfatlara, yollara və evlərə ciddi ziyan dəyib

"Payız aylarının həddən artıq rütubətli keçməsi nəticəsində ölkə ərazisində mövcud olan sürüşmə təhlükəli zonalarda vəziyyət gərgin olaraq qalmaqdadır".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

 

Direktor müavini bildirib ki, temperaturların mənfi və müsbət dərəcə arasında oynaması, süxurların gecə donması, gündüz isə temperaturun müsbət hala keçməsi sürüşmə sahələrindəki intensivliyi daha da artırıb. Onun sözlərinə görə, xüsusi sürüşmə təhlükəli zonalar Böyük Qafqazın cənub-şərq hissəsində, yəni İsmayıllı, Ağsu, Şamaxı Qobustan, o cümlədən Xızı, Siyəzən rayonlarındadır.

 

E.Əlizadə vurğulayıb ki, Şamaxıda həm əvvəldən mövcud olan sürüşmə sahələrində, həm də Şamaxı şəhərinin özündə, İsmayıllı rayonunda isə Basqal, İstisu və Buynuz kəndlərində intensiv sürüşmə hadisələri müşahidə olunur. Şamaxı şəhəri, rayonun Muğanlı, Mədrəsə kəndləri, Qobustanın Poladlı kəndi və digər ərazilərdə sürüşmə təsərrüfatlara və evlərə ciddi ziyan verməkdədir: “İsmayıllının İstisu, Buynuz, Çaydərəsi zonasında, Girdimançay dərəsi və ona yaxın olan kəndlərdə, Basqal, Sulut və ona yaxın kəndlərdə, Xızı rayonu ərazisində Altıağac-Xızı yolu və ona yaxın olan kəndlərdə olan sürüşmə səbəbindən təsərrüfatlara, evlərə və yollara böyük ziyan dəyir. Gərginlik Qubada, Qusarın Ləzə kəndi və ona yaxın olan kəndlərdə də qalmaqdadır”.

 

E.Əlizadə əlavə edib ki, Bakıda da mövcud sürüşmə sahələrində aktivlik və gərginlik müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Zığ qəsəbəsində, Masazırda isə qəbiristanlıq və onun ətrafında olan sürüşmə sahələrində vəziyyət gərgindir. (APA)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : sürüşmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru