Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Avqust

2017
21:51
1194
Sərçələrin nəğməsi - FOTO

Belə bir atalar məsəli var: Qaranquş gəldi gedərdi, bizə qalan boz sərçədir. Bu məsəlin əsl mənası bir yana, doğrudan da hər gün rastlaşdığımız sərçələrin öz aləmi var. Kənd həyatında həyət-bacanı bu quşlarsız təsəvvür etmək mümkün deyil. Məxsusən bu fəsildə onların balavermə dövrüdür və onların yemlənməsi üçün yuvadan anaları tərəfindən çıxarılan bala sərçələr həyətlərdə uça bilməsələr də, yem üçün anaların arxasınca ağızlarını açıb gəzirlər. Cikkildəmələri də öz yerində. İsti havada sərinləmək üçün arabir suya da baş vururlar. Onların bir ailə kimi hərəkət etməsi isə nümunə götürüləcək səviyyədədir.

Bu arada qeyd etmək yerinə düşərdi ki, dünyada sərçələrlə mübarizə aparacaq qədər axmaq addım atanlar da olub. Belə ki, 1958-ci ildə Çində kənd təsərrüfatında islahatlar aparmağa başlayırlar. Aparılan araşdırma sonrası belə məlum olur ki, il ərzində 10 sərçə 45 kq buğda yeyir. Həmçinin alimlər belə qənaətə gəlir ki, məhv edilən hər 1 milyon sərçə ilə 60 000 insanın qidalanmasına bəs edəcək buğdaya qənaət etmək olar. Bu məlumatları əldə edən ölkə başçısı -Mao Zedong “Böyük Sərçə müharibəsi” adını almış müharibəyə başlayır.

O hər bir əhalini öz “işıqlı gələcəkləri” naminə sərçələrlə mübarizə aparmağa səsləyir.

Məlumdur ki, sərçələr havada 15 dəqiqədən çox qala bilmirlər. Təbliğata cəlb olunmuş bütün iştirakçılar damlardan sərçələri qovurdular və quşlar yerə düşürdülər. Bu gedişlə 1958-ci ildə 194432 “düşmən” məhv edilir. Ümumilikdə “müharibə” gedişində isə milyarda yaxın quş həlak edilir və bu sərçə növü demək olar ki, Çin Xalq Respublikasında tükənir. Lakin Çin rəhbəri bir fakt barədə unutmuşdu. Sərçələr həşəratların, həmçinin əkinə böyük zərər yetirən çəyirtkələrin əsas düşməni idi.

Sərçələrin tamamilə məhv edilməsi çəyirtklərə sərbəstlik qazandırdı. Mao Zedong daha sonradan anlayır ki, onun qərarı ekosistemdə balansın pozulmasına səbəb olub. Təqribən 30 milyon insan aclıqdan həlak oldu. O Sovet İttifaqından sərçə idxal edilməsini əmr etmişdi. Lakin bu da kömək etmədi, çünki sərçələrin mühitə uyğunlaşması və çoxalması üçün zaman tələb olunurdu. Nəticədə alimlərin Böyük Çin aclığı (1958-1961-ci illər) adlandırdığı və 30 milyon insanın aclıqdan həlak olduğu dövr başladı.

Aqil Mehdi

Məqalədə : Sərçə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 08:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru