Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Sentyabr

2017
15:47
941
Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsi keçirilib

FaktXeber.com-un məlumatına görə, bu gün Şirvan şəhər Apellyasiya Məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində çıxış edən vəkil Cavad Cavadovun sözlərinə görə, Apelyasiya məhkəməsinin iclasında bir neçə vəsatət verilib: "Məhkəmə bunlardan yalnız birini qəbul elədi: Şeyx Sərdar Hacıhəsənlinin müdafiəçilərin yanında əyləşməsinə dair texniki vəsatət təmin olundu".

"Ümumən inanırıq ki, Sərdar Hacıhəsənlinin üzərindən bu absurd ittiham götürüləcək, heç olmasa cəzası yüngülləşdirilib, həbsdən azad ediləcək", - deyə hüquqmüdafiəçi əlavə edib.

Vəkil Yalçın İmanov isə apelyasiya məhkəməsinin bu şikayətə obyektiv baxacağına ümid etmədiyini deyib: "Ən azı vəsatətlərin təmin edilməməsi bunu deməyə əminliklə əsas verir. İrəli sürülmüş ittiham və onun hüququ məzmunu o qədər absurddur ki, hüquqla aşağı-yuxarı əlaqəsi olmayan insan da bilir ki, burda hər hansı bir cinayətdən söhbət gedə bilməz. Onun Masallı şəhərindəki cümə məscidindəki həyata keçirdiyi ayin və ya mərasim də hər hansı ictimai münasibətlərə təhlükə yaratmayıb. Bu, o deməkdir ki, burda cinayət tərkibinin əlamətləri yoxdur. Belə olan halda işə obyektiv baxan məhkəmənin vəzifəsi bu iş üzrə bəraət hökmünün çıxarılmasıdır".

"Hər halda biz hüquqi prosesləri davam etdirəcəyik", - deyə vəkil bildirib.

Növbəti məhkəmə prosesi sentyabr ayının 25-nə təyin olunub.

Məqalədə : Sərdar Hacıhəsənli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru