Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Avqust

2017
23:06
6963
Sürücünü tapança ilə hədələyən şəxslə bağlı YENİ XƏBƏR

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər. 

FaktXəbər-in Sputnik Azərbaycan-a istinadən məlumatına görə, videoda görüntülənən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur. 

Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.

Məqalədə : sürücü tapança 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru