Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Avqust

2017
10:54
894
İspaniyadakı terrorda azərbaycanlılar olub? - XİN-dən açıqlama

 "İspaniyanın Barselona şəhərində törədilən terror aktlarını qəti şəkildə pisləyirik. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Bunu FaktXəbər-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır: "Barselonada törədilən terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib".

Onun sözlərinə görə, Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

H.Hacıyev deyib ki, Azərbaycan səfirliyi İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir: "Terror hadisəsinin qurbanı olan bir neçə şəxsin hələ şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək".

Məqalədə : XİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru