Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2017
12:42
Soyuqdan əziyyət çəkən Bakı sakinlərinin NƏZƏRİNƏ

Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq. Bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, noyabrın 15-i səhər saatlarından artıq qazanxanalar işə salınacaq: "Səhər saatlarından istilik sisteminin verilməsinə başlanılacaq. Yaxın 2-3 gün ərzində bütün binalar istiliklə təchiz ediləcək. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib".

R.Əliyev bildirib ki, yaxın iki gün ərzində xətlərdə suyun təzyiqi nizamlanacaq, istilik dərəcəsi normallaşdırılandan sonra binalar istiliklə təmin olunacaq.

Şöbə müdiri bildirib ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda istilik qazanxanaları var və həmin qazanxanalar da noyabrın 15-dən işə salınacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azəristilik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 21:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com