Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

10 İyul

2017
15:55
1066
Son 15 il ərzində ABŞ-da 200.000-dən çox azyaşlı uşaq evlənib

ABŞ-da son 15 il ərzində 200.000 mindən çox uşağın evləndiyi rəqəmlərlə sübuta yetirilib. 

FaktXəbər-in "İndependent"ə istinadən verdiyi məlumata görə, yetkinlik yaşına çatmayanlara evlənməyə imkan verən hüquqi boşluqlardan yararlanaraq 3 nəfər 10 yaşlı qız və bir nəfər 11 yaşlı oğlan ən gənc evlənənlər arasına düşüb. 

ABŞ-ın əksəriyyət ştatlarında nikah üçün minimum yaş 18-dir, lakin bəzi ştatlarda kiçik uşaqlara nikah bağlamağa imkan verən valideyn razılığı və ya hamiləlik kimi istisnalar var.

Cari ilin may ayında Nyu-Cersinin qubernatoru dövlətdə ilk olaraq uşaq nikahını istisnasız qadağan etməyə imkan verən qanunu imzalamaqdan imtina edib. Kris Kristay bunu dini adət-ənənələrlə ziddiyyət təşkil edəcəyini söyləyib.

Əldə edilən məlumatlara görə, ABŞ-da 2000-2015-ci illər ərzində ən azı 207.468 nəfər yetkinlik yaşına çatmayanlar evlənib. Bu barədə uşaq nikahının ləğvi barədə təşviqat işləri aparan "Unchained At Last" qrupu açıqlama yayıb. 

Təşkilat əsl rəqəmləri daha yüksək olduğunu bildirir, çünki 10 ştat statistikanı təqdim etməyib.

"Unchained At Last" qrupun yaradıcı Fraidy Reiss bildirir ki, o, Nyu-Cersidən ilk rəqəmləri aldıqda bütün bədəni titrəyirmiş. 

Onun sözlərinə görə 1995-2012-ci illər arasında təxminən 3.500 uşaq nikaha daxil olub.

"Bu rəqəmlər mən düşündüyümdən yüksək idi", - deyə Fraidy Reiss bildirib: "Evlənən uşaqların yaşı 13-dən aşağı idi və qızların əksəriyyəti yaşlı kişilərə ərə getmişdi."

2000-2015-ci illər ərzində yetkinlik yaşına çatmayanların nikaha daxil olmasının 7-8 faizini qızlar təşkil edib ki, onların yaş həddi 16-17-dir.

Ən aşağı yaş həddi olan ərə getmə Tennesi ştatında baş verib. 10 yaşlı olan 3 qız 24, 25 və 31 yaşlı kişilərə ərə gediblər. Ən gənc ərin isə 11 yaşı var. O, 2006-cı ildə Tennesi ştatında 27 yaşlı qadınla evlənib. 

Alyaska, Luiziana və Cənubi Karolina ştatında 12 yaşlı uşaqlar evlənmək üçün lisenziya alıblar. 11 ştatda isə 13 yaşlılara ərə getməyə icazə verilib.

1000-dən çox 14 və aşağı yaşlı uşağa da evlilik lisenziyası verilib.

Əksər ştatlarda cisi əlaqə üçün ya həddi 16-18 yaş arasındadır. Bu qaydanı pozanlar yetkinlik yaşına çatmamış şəxsləri zorlamada ittiham oluna bilər. Amma buna baxmayaraq bir çox uşağa hakimlər tərəfindən təsdiqlənmiş evlilik lisenziyası verilib və onlar cinsi əlaqə üçün qanuni şəkildə icazə alıblar. 

Nikaha daxil olanların sadəcə 14 faizi özü kimi digər azyaşlı ilə ailə qurub. Əksəriyyət isə 18-29 yaş arasındakı kişilərlə evlənib. Onların da 60 faizini 18-20 yaşlılar təşkil edir.

Amma nadir hallarda uşaqlar özlərindən 10 yaş böyüklərlə evlənməyə razı olurlar. 

Alabama ştatında 17 yaşlı qız 65 yaşlı kişi ilə evlənib, 14 yaşlı uşaq isə 74 yaşlı qoca ilə. 

Ötən ay Nyu-Yorkda 17 yaşadək uşaqların evliliyinə qadağa qoyulub. Əvvəllər 14 yaşa kimi uşaqlar valideyn və məhkəmənin icazəsini alaraq ştatın hüquq normaları ilə evlənə bilirdilər.

Məqalədə : azyaşlı evlilik 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru