Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
20:45
SOCAR 41 dərəcədə işləmək istəməyən fəhlələri sakitləşdirdi

“Hazırda “SOCAR Polymer”in tikinti sahəsində çalışanlar arasında heç bir narazılıq yoxdur”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, bu barədə tikinti podratçısı olan “Üstay” şirkətinin bir neçə əməkdaşı arasında yaranan narazılıqla bağlı “SOCAR Polymer” şirkətinin açıqlamasında deyilir.

Qeyd edilib ki, səbəb havaların isti keçməsi ilə əlaqədar olaraq, iş qrafikində yaranan çətinliklər olub. “SOCAR rəhbərliyinə hadisə barədə məlumat verildikdən dərhal sonra müvafiq tədbirlər görülüb, SOCAR və “SOCAR Polymer” rəhbərliyinin müdaxiləsi nəticəsində məsələ həll edilib, səslənən narahatlıqlar tam aradan qaldırılıb. SOCAR tərəfindən subpodratçı şirkətin rəhbərliyinə narazılıq hallarının qarşısının alınması barədə ciddi xəbərdarlıq edilib”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bir neçə saat öncə fəhlələrin kütləvi narazılığı barədə xəbər yayılmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : SOCAR 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 14:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com