Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 İyul

2017
10:31
663
İsmayıllıda 4 nəfəri elektrik cərəyanı vurduğu istirahət mərkəzinin otel müdiri həbs edilib

Məlumat verildiyi kimi, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

FaktXeber.com-un əldə etdiyi məlumata görə, istintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Elektrik enerjisindən istifadə qaydaları”nın, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülmüş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

Məqalədə : həbs 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 13:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru