Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Mart

2017
21:07
626
İsmayıllıda çayxanada partlayış törədilib, yaralılar var

İsmayıllı rayonunda partlayış hadisəsi baş verib.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.

Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.  Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

"Virtualaz" saytının yazdığına görə isə İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhəd oğlunu saxlamaq istəyərkən, cinayətkar özünü müdafiə etmək məqsədilə əlindəki qumbaranı kafenin ərazisinə atıb.

Mənbəyə görə, baş vermiş partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabir olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru