Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Fevral

2017
11:29
1230
İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövlududur

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

İlahi göstərişlə qoyulan ad - Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və O, hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar. 3 gündən sonra Peyğəmbər (s) səfərdən döndü. Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən ilahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam".Bunu eşidən Peyğəmbər (s) təzə doğulan körpəni onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbər (s) onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: "Atacan, məni istəyirsən?" Əli cavab verir ki, bəli, qızım, istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (s.ə) buyurur: "İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur".

"Müsibətlər anası"

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) Qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb səbr edir. İmam Hüseyni, Həzrət Abbası şəhadətə yetirirlər, amma o səbr edir. Bu azmış kimi iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir. Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb ən kamil şəkildə yerinə yetirdi.

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhruumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı". Bundan əlavə, Kərbəla qəhramanın ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru