Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:58
444
İslamiada zamanı 200-dən çox avtobus fasiləsiz xidmət göstərəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının miqyasını və xüsusi əhəmiyyətini nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı göstəriləcək nəqliyyat xidmətlərinin təşkili ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd, mötəbər idman tədbiri zamanı və hazırlıq mərhələsində Bakı Nəqliyyat Agentliyi tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməkdir.
 
BNA-dan verilən məlumata görə, qurum tərəfindən hazırlanan xüsusi Tədbirlər Planına əsasən, ilkin mərhələdə oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısı hazırlanaraq İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edilib. Müvafiq yoxlamadan keçmiş sürücülər BNA-nın Sürücü-Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib.
 
Bununla yanaşı, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib.
 
Açılış və bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimriya Stadionu və 3 istiqamət üzrə (“20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” metro stansiyaları) ekspress xətt təşkil edilib. Exspress xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda təhlükəsiz daşınması üçün BNA-nın göstərişinə əsasən, müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb ediləcək. Bu avtobusların müəyyən edilmiş qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək.
 
1-30 may tarixlərində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və s.) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara tapşırıq verilib.
 
Tədbirlər planına uyğun olaraq, oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da agentlik tərəfindən təmin ediləcək. Bu və oyunların nəqliyyat tədbiri ilə bağlı bütün digər zəruri məlumatlar BNA-nın www.bna.az rəsmi internet səhifəsi, BNA-nın “facebook” səhifəsi və BNA-ya məxsus AvtoRadio (107.7 fm) vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru