Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2013
16:39
İslam Partiyası Ali Məhkəmənin qərarına etiraz etdi
Azərbaycan İslam Partiyası idarə heyətinin və İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin toplantısı olub

FaktXəbər-in məlumatına görə, toplantıda partiya sədri Hacı Mövsüm Səmədov və digərlərinin şikayəti ilə bağlı Respublika Ali Məhkəməsinin son qərarına münasibət açıqlanıb. Ali Məhkəmənin əvvəlki instansiyalarının ədalətsiz qərarlarını qeyd-şərtsiz qüvvədə saxlanmasını, islamçılar Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmaması, sifarişli həbslərə bütün instansiyalarda yaşıl işığın yandırılması kimi qiymətləndiriblr.

Müzakirə zamanı bu haqda qəbul olunan bəyanatda deyilir:

“2011-ci il yanvarın 2-də AİP-in Baş Məclisində Hacı Mövsüm Səmədov İlham Əliyev hakimiyyətinin mahiyyətini, rejimin ölkədə yaratdığı ağır sosial-iqtisadi vəziyyətin və ictimai-siyasi xaos və böhranın səbəblərini açaraq rüşvətxorluğu, baş alıb gedən korrupsiyanı, məmur özbaşnalığını, məhkəmələrin ədalətsizliyini, müsəlman cəmiyyətində mənəvi-əxlaqi aşınmaları yayan hərəkət və qanunların qəbul olunmasını, İslam dininə qarşı təqib və basqıların artmasını açıq tənqid etmişdir. O, bu çıxışına görə qondarma ssenari əsasında şərlənərək ağır ittihamlarla istintaqa cəlb olunmuş və Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə 12 il həbs cəzasına məhkum edilmişdir. M.Səmədovla yanaşı daha beş nəfər də həbsə alınaraq hər biri on-on bir il yarım azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır.

Bu azmış kimi, hakimiyyət  vicdan məhbuslarınınAvropa İnsan Haqları və Hüquqları Komissiyasının islamçıların, o cümlədən M. Səmədovun siyasi məhbus kriteriyalarına tam uyğun gəlməsi və siyasi məhbus siyahısına daxil etməsinə baxmayaraq siyasi məhbus kimi Avropa Parlament Assambleyasında qəbul olunmaması üçün dəridən-qabıqdan çıxaraq istəyinə nail olması ilə bağlı bayram da etmişdir. Öz vətəndaşının belə “təəssübünü” çəkən hakimiyyətə, xalqın öz  qanunvericilik hakimiyyətini və onun böyük məsuliyyətini etibar etdiyi millət vəkillərinə nə ad vermək olar?!

Bu gün hərzamankı dövrdən fərqli bir mühit yaranıb. Cəmiyyət üzvləri  seçilən, sayılan hörmətli şəxsiyyətlərin haqsız yerə onlardan təcrid olunmasını qəbul edə bilmir və  ciddi narahatlıq içərisindədirlər. Həssas  məqamlardan olan prezident seçkiləri  ilində insan haqlarının pozulması, şərlənməklə azadlıqdan məhrumedilmələr, ailələrin ağır mənəvi çətinliklərə məruz qoyulmaları, heç bir ədalətə və qanuna sığmayan hakimiyyət-vətəndaş münasibətlərinin son kritik həddə çatdırılması daha ağır sosial fəlakətlərə, qarşıdurmalara  yol aça bilər.

Ölkədə fikir plüralizminə qarşı belə qəddar münasibətlər həm də onun göstəricisidir ki,beynəlxalq dairələr, dünyanın demokratik təsisatları Azərbaycanda  strateji, xammal, yanacaq,  başqa sözlə maddi maraqlardan başqa bir şey güdmür. Xalqımızın sərvəti hesabına hakimiyyəti satın almaq heçbir demokratik prinsipə sığmır. Ölkədə zülmün qarşısı alınmalı, zülmkar cəzasına  çatdırılmalıdır. Cəmiyyətin fəal qüvvələrinin  həbsxanalara atılması yalnız xalqa zərər yetirmək deməkdir”.

 Toplantıda İslamçılar  Azərbaycan Respublikası Ali Məhkəməsinin  əvvəlki məhkəmə instansiyalarının hökmünü qüvvədə saxlayan qərarına qarşı və islamçıların azadlıq hüquqlarının bərpa olunmasına görə Avropa Məhkəməsinə şikayət etməyi qərara alıb./islaminsesi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com