Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
16:04
279
“İşsizin DOSTu” proqramına cəlb olunanlarla əmək müqaviləsi bağlanacaq

“İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatır. FaktXeber.com-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Proqram nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla bağlı mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.

Haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədinə xidmət edən “İşsizin DOSTu” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Həmin şəxslər nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.

Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : işsiz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com