Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
09:14
819
Siyəzəndə mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb

Ötən gün axşam saatlarında Siyəzən- Məşrif yolunda yol qəzası qeydə alınıb.

Hadisə yolun 7-ci km-də qeydə alınıb.

Siyəzən rayon sakini Ceyhun Ağayevin idarə etdiyi, 50 BN 668 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusda yaranan texniki problem nəticəsində maşın yoldan çıxaraq aşıb.

Siyəzən rayon Polis Şöbəsindən bildirilib ki, qəza nəticəsində maşında olan sərnişinlərdən  3 nəfər ciddi xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Cavid Əzimov, 1981-ci il təvəllüdlü Feyruz Balabəyov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur. Hər üç şəxsin müalicəsi stasionar qaydada davam etdirilir.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.apa

Məqalədə : avtobus qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru