Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
14:22
1996
Siyavuş Novruzov: `Ciddi struktur islahatları gözlənilir`
"Bir nazirin iki müavini var, o birinin beş-altı müavini var, bu tənzimlənməlidir"

FaktXəbər-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya müsahibəsində bildirib ki, hökumətdə gedən struktur islahatlarına toxunarkən qeyd edibn ki, proses davam edəcək: 

"Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür.

İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir."

Məqalədə : Siyavuş Novruzov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru