Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Mart

2017
14:03
784
Siyavuş Novruzov hamının bildiyi şeydən danışdı: süni qiymətdən, bank faizindən

“Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxşdir. Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb. Qiymət artımı digər ölkələrdə də var. Qiymətlər artır, bu, təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır.

S.Novruzov qeyd edib ki, banklar dollar depozitini 3 faizlə götürür, digər vətəndaşa 24 faizlə verir: “Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq”.

Komitə sədri vurğulayıb ki, özəl sektorda çalışan insanlar ixtisara salınır, maaşları azaldılır: “Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, ona şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir?. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır və məsələlər tələb formasında qoyulmalıdır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru