Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
19:13
Siyasi məhbuslarla bağlı tədbir keçirildi

Azərbaycan Ziyalılar Birliyinin ofisində “Siyasi məhbuslara azadlıq!” İttifaqının təşəbbüsü ilə inanclı, siyasi və digər səbəblərdən dolayı həbs edilən  məhbuslarının hüquqlarının qorunmasına dair tədbir keçirib. 

Faktxeber.com məlumat verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev xatırlatdı ki, hüquqları tapdanılan vətəndaşlar arasında inanclı məhbuslar üstünlük təşkil edir: “Dindar insanı güclü edən onun imanı, İmam Hüseyn əleyhissalama olan sevgisidir. Zülm edənlər üçün bundan qorxulu heç nə yoxdur. Biz məhkəmələrdə şəxsən iştirak etmişik, insanların üzərinə qoyulan uydurma maddələrdən xəbərdarıq. Çalışırıq ki, bütün dünya ölkələri baş vermis hadisələrdən xəbərdar olsunlar”.

Eldəniz Quliyev yenilənmiş siyasi məhbus siyahısı haqda məlumat verilməsi üçün sözü Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənova verdi. 

Natiq ölkədə insan haqlarının vəziyyətindən, məhkəmə hakimiyyətinin işlək olmamasından, konstitusiyaya qarşı edilən hörmətsizlikdən söz açdı. Hüquq müdafiəçisi dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı ki, ölkədə 150 nəfər siyasi səbəblərlə həbs edilən vətəndaş var: “Təəssüf ki, ölkəmiz bu rəqəmlə digər dövlətləri geridə qoyur. Hesab edirik ki, bu yolverilməzdir”.

Daha sonra söz “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova verildi. Hilal Məmmədov Azərbaycanda yalnız siyasi müstəvidə deyil, digər sahələrdə də insan haqlarının pozulmasından söz açdı: 

“İctimai sahədə, təhsil sistemində baş verən neqativ hallar, kommunal xidmət sahələrində vətəndaşların aldadılması, məhkəmələrin sifarişli qərarları günümüzün acı reallığıdır. Biz, məcbur olub məhkəmənin qərarı ilə həbs edilən fəal insanları müxtəlif məhbus kateqoriyalarına bölmüşük. Bilirsiniz ki, qarşıda beynəlxalq insan haqları günü gəlir, arzumuzdur ki, ölkəmizdə siyasi, ictimai, fərdi mövqeyinə görə həbs edilən olmasın. “Siyasi məhbus” terminini dilimizə gətirməyək”.

Söz olan digər tədbir iştirakçısı, Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova müqəddəs Qurani Kərim kitabından misal çəkərək insanların etdiyi hər bir əmələ görə cavab verməli olacağını xatırlatdı. 

Növrəstə İbrahimova vəzifə icra edən şəxslərin fəaliyyətinə toxunaraq onların xalq, ölkə, qanun qarşısında  məsuliyyət daşımalı olduğunu bildirdi. 

Xanım natiq bir azərbaycanlı qadını kimi dünyada milli, irqi, dini statusunda asılı olmayaraq bütün günahsız insanların  haqlarını müdafiə etməyə hazır olduqlarını açıqladı. 

Çıxışının sonunda Növrəstə İbrahimova tədbirin keçirildiyi otaqda şəkilləri asılan inanclı məhbuslara işarə edərək onları Qarabağ torpaqlarını azad etməyə ən hazır vətəndaş hesab etdiyini bildirdi. 

Tədbir digər partiya nümayəndələrinin, məhbus ailələrinin çıxışları ilə davam etdirildi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : siyasi məhbus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com