Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Mart

2017
09:43
650
Silahlı müxalifətin nümayəndələri Astanaya gəlməyib

Silahlı  müxalifətin nümayəndələri Suriya məsələlərinin müzakirəsi üçün Astanaya gəlməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Qazaxıstan  XİN  Mətbuat Xidmətinin rəhbəri  Anuar  Jaynakov  xəbər verib.

«Dünən gecə xəbər gəldi ki, Suriya  müxalifətinin nümayəndələri Astanaya gəlməyəcək. Bununla əlaqədar  hər hansı  müzakirələr gözlənilmir», Jaynakov telefonla bildirib.

Onun sözlərinə görə, Suriyada sülhün təminatçıları olan  Rusiya, Türkiyə və İran artıq  Qazaxıstanın  paytaxtından  çıxıblar.

Xatırladaq ki, martın 14-15-də Astanada  Suriya üzrə  üçüncü beynəlxalq görüş keçirilib. Danışıqlarda  sülhün təminatçısı olan Rusiya, Türkiyə və İran, həmçinin BMT, İordaniya, ABŞ və Suriya hökumətinin  nümayəndələri iştirak etmişdilər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:49

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru