Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
23:15
1458
Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

2004-2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilmiş, əsaslı təmir olunub və müasir tibbi avadanlıqla təchiz edilib.

Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Məqalədə : Səhiyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
260

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
122

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
122

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
578

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
137

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
279

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru