Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
17:21
2455
Səhiyyə Nazirliyi şagirdlər arasında sorğuya başlayıb

2017-ci il aprelin 11-dən etibarən Bakı şəhəri və Xızı rayonunda tam orta məktəblərin 5, 7 və 9-cu sinif şagirdlərinin cəlb olunduğu “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, ilk dəfə olaraq, pilot layihə çərçivəsində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” ilə bağlı sorğu aparılıb. Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında, xüsusi olaraq Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılmış 60-dan çox sualdan ibarət Azərbaycan və rus dillərində anketlər hazırlanıb.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olunan sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bakı və Xızı məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə aparılan sorğudan artıq maraqlı ilkin nəticələr əldə olunub.

Pilot sorğuda 1350 şagirdin iştirakı nəzərdə tutulur. Digər bölgələr üzrə aparılacaq sorğular tamamlandıqdan sonra, əldə edilmiş məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompyuter proqramı vasitəsi təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq.

Sorğunun nəticələri Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.

Qeyd edək, sorğu 18-21 apreldə Sumqayıt şəhər məktəblərində aparılacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru