Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

19 Dekabr

2016
22:55
13991
SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsi barədə maraqlı açıqlama verib və sifarişçinin kimliyi barədə konkret hədəf göstərib.

FaktXəbər-in məlumatına görə, Satanovski "Life"a əminliklə bildirib ki, Ankaradakı fotosərgiyə hücumun arxasında Səudiyyə Ərəbistanı durur:

- Mənim nəzərimcə, hadisə Hələb məğlubiyyətinə görə qisasdır. Bu gün baş verənlər hələ araşdırılmayıb, ancaq sifarişçi kimi səudlar çıxış edə bilərdi, daha dəqiq desək, krallığın varisi şahzadə Məhəmməd bin Salman. Hansı ki, onun üçün Hələb məğlubiyyəti taxt-taca gedən yolda fəlakətdir.

Sifarişçilər qismində  türkiyəli millətçilər də iştirak edə bilərdi. Lakin Türkiyə ərazisində, xüsusilə Ərdoğanın  xasiyyətini bilərkən, bu, demək olar ki, mümkünsüzdür.

Qətərlilər də yüksək ehtimallar silsiləsindəndir. Çünki Qətərin Suriyaya görə bizə iradları var və orada müharibəni davam etdirmək istəyirlər. Ancaq yenə də Türkiyə ərazisində  bu addım çox şübhəlidir. Türkiyə bu gün Qətərin əsas hərbi müttəfiqidir. Deməli, bircə Səudiyyə Ərəbistanı qalır.

Satanovskiy əlavə olaraq vurğulayıb ki, Rusiya-Türkiyə əlaqələrindən danışmaq hələ tezdir:

- Bu barədə qərarı Rusya prezidenti verəcək, bu Ali baş komandanın 100 faizlik imtiyazındadır. Bundan əlavə, səfir elə bir ölkədə qətlə yetirilib ki, bunu həmin ölkə təşkil etməyib və ona lazım deyildi. Bəs indii bu ölkə ilə nə etməli? Bəli, onlar lazım olan mühafizəni təşkil edə bilməyiblər. Lakin hazırda onların ölkəsi parçalanır, onlar hətta öz aeroportlarını belə, qorumaq iqtidarında deyillər, yayda az qalmışdı ki, prezidenti devirsinlər, biz indi nə deyə bilərik? Türkiyə bir neçə cəbhədə müharibə aparır, o cümlədən  vətəndaş müharibəsi. Bəli, bu da olmayan təhlükəsizlik səviyyəsi.

SƏFİRİN ÖLDÜRÜLMƏ ANI - FOTO-VİDEO

Səfiri öldürən terrorçu sonra çıxış edib - VİDEO

Rusiyanın Türkiyə səfirini öldürənin kimliyi bilindi - FOTO

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com