Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
14:32
963
Səfil kişi pilotsuz aparatı "uçan boşqab" sanıb, gizlənməyə çalışdı - VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın Murmansk əyalətində Kovdor  şəhərində Pilotsuz Uçuş Aparatının müşahidə kamerası tərəfindən qeydə alınan qeyri-adi hadisə sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Kadrlarda «yad planetlər» tərəfindən oğurlanmaqdan qorxan və gizlənməyə çalışan səfil görünür. Yazıq kişi pilotsuz uçuş aparatını Uçan Naməlm Obyekt sanaraq, gah avtomobillərin arxasında gizlənir, gah da görünməz qumbaraları «uçan boşqaba» atır, ya da xəyali avtomatdan atəş açır.

Video  Kovdor sakini  Andrey Qaniçev tərəfindən «Yer sakini oğurlama cəhdi» adı ilə yüklənib. Onun sözlərinə görə, çəkiliş təsadüfən alınıb: «Biz pilotsuz təyyarəni quraşdırdıq. Gözlənilmədən həmin kişi kadrlara düşdü. Videonun belə yayılacağını gözləmirdik.»

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru