Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
12:40
3091
Sevgini yad qapılarda axtaran müasir insan

Şahin Həsənli

“Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin rəhbəri


“Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirəti ilə sizə doğru gəlir. Bu ay Allah yanında ən əzəmətli ay, onun günləri ən yaxşı günlər, gecələri ən üstün gecələr, saatları isə ən dəyərli saatlardır. Bu ayda hamınız Allahın ziyafətinə dəvətlisiz, hamınıza Allahın kəraməti şamil olunacaq".

Peyğəmbərimizin (s) məşhur “Şabaniyyə” xütbəsində söylədiyi bu sözlər Ramazan ayının ən gözəl vəsflərindəndir. Həqiqətən də peyğəmbəranə bir vəsfdir. Nə mürəkkəb fəlsəfə, nə dolaşıq ifadələr, sadəcə insan qəlbi ilə səsləşən sadə, lakin olduqca mühüm mesajlar.

Peyğəmbərimiz (s) müraciətini insanlığa edir, yalnız müsəlmanlara yox. Deməli, Ramazan ayı sırf dini ritual üçün nəzərdə tutulmuş bir ay deyil. Bu, insan vücudu ilə əlaqəli bir hadisədir. Dini, milli, sosial və digər mənsubiyyətlərin fövqündə duran bir hadisə. Necə bir hadisə? Peyğəmbər (s) açıqlayır: hər bir işin effektivliyini qat-qat artıran (bərəkət), sevgi və mehribanlığı yayan (rəhmət) və qorxunu aradan aparan (məğfirət) bir hadisə. İnsanın arzuladığı, daha doğrusu ehtiyac duyduğu ən mühüm amillər bu bir hadisədə cəmləşib. Ömrü uzun və dolğun edən onun müddəti deyil, məhz bərəkətidir. Özünü rəhmət içində hiss etmək - həyata pozitiv baxışın, daimi sevincin qarantıdır. Məğfirət isə, səhvdən qorxmamaq, yalnız irəli getmək deməkdir.  Bu hadisənin adını yalnız və yalnız Allahın ziyafəti adlandırmaq olardı ki, adlandırıldı da. Yaradılışın özü kimi öz kəraməti ilə hər kəsi əhatə edən Allah ziyafəti.

İndi anlamaq olar, nə üçün Qədr gecələri bu ayda qərarlaşıb. Qədr gecəsi, həm də qüdrət gecəsi deməkdir. İnsanın qüdrət gecəsi! İnsan Allahdan eşq naməsi - Quran alacaq qədər qüdrətlidir. Bütün yaradılışın müqəddəratını dəyişəcək qədər güclüdür. Bu qüdrətin zövqüdür Qədr gecəsində yuxunu ərşə çəkən, gözləri yaşardan, əlləri göyə qaldıran, alınları səcdəyə aparan.

İnsan zehnində ara-sıra belə bir sual yaranır. İnsan qüdrətini əməli baxımdan ən  gözəl nə ifadə edə bilərdi? Öz gücünü anlamaq üçün insan hansı bir əməl düşünə bilərdi? Təbii ki, oruc. Axı özünə və dünyaya hakim olduğunu insan başqa necə hiss edə bilərdi ki? Ramazan ayının haqqı ödəmək üçün bundan gözəl bir ibadət ola bilməzdi. Oruc - insanlığın qüdrət təntənəsidir.

Allaha təzim belə bir varlıq sayəsində dəyər əldə edir. Allahın əzəmətini yalnız qüdrət sahibi anlaya bilər. Odur ki, Ramazan ayının duasında oxuyuruq: "Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli! Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən". Yəni yalnız Sənin böyüklüyün qarşısında kiçilə bilərəm, yalnız Sənin dəstəyinlə güclənə bilərəm, yalnız Sənin sevginlə doya bilərəm.

Bu hisslərə müasir insan necə də ehtiyaclıdır! Qüdrəti də, güvəni də, sevgini də yad qapılarda axtararaq özünü itirmiş,  amma xoşbəxt həyatdan ümidini kəsməmiş müasir insan.  Bəli, biz bu gün göylərə hakim kəsilirik, yeni cihazlar icad edirik, dünyanın sirlərini kəşf edirik. Amma hələ də özümüzü nə tanıya, nə də ələ ala bilirik. Ramazan ayı isə, bu vücudi tələbatımıza qarşılıq vermək üçün hər il bizə tərəf gəlir. Yorulmadan, məyus olmadan öz bərəkət, rəhmət və məğfirəti ilə qapımıza gəlir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
13

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
40

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
53

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
133

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
74
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 18:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru