Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
09:24
939
Seminarlarda dərsliklərdəki mübahisəli məqamlar barədə qərar qəbul olunub

Biologiya və tarix fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. FaktXeber.com-un məlumatına görə,  Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Gündəlik məsələ 6-7-ci siniflər üçün “Biologiya”, 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin monitorinqinə aid olub. 

Biologiya fənni üzrə seminarda seminar rəhbəri, biologiya elmləri namizədi Turan Məmmədxanlı 6-7-ci siniflər üçün “Biologiya” dərsliklərinin məzmunu ilə bağlı təqdimatla çıxış edib. 

Tarix fənni üzrə seminarda seminar rəhbəri, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Kərəm Məmmədov gündəlik məsələ ilə bağlı məlumat verərək iştirakçıları dərsliklərin müzakirəsində fəal olmağa, qeyd və təkliflərini bildirməyə çağırıb. 

Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov, 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev və 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmununa dair təqdimatlarla çıxış ediblər.

Hər iki seminarda müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. 

Növbəti seminarlarda (17 yanvar 2019-cu il tarixində; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) biologiya fənni üzrə (saat 10:00-da) 7-8-ci sinif “Biologiya”, tarix fənni üzrə (saat 11:00-da) 8 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmunu ilə bağlı müzakirələr aparılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : seminar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-03-2019 21:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com