Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
09:09
9453
Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - İddia

Azərbaycanda 3 aya yaxındır ki,  təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Onun yerinə isə hələ də təyinat olmayıb.

“FaktXəbər” bildirir ki, “Yeni Müsavat”ın yazdığına görə, Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Qarşıdan prezident seçkisi gəldiyini qeyd edən qəzet hesab edir ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər. 

Təhsil üzrə eksperti Kamran Əsədov  isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: “Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur.  Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil.  Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”. 

Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini ümumiyyətlə sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib: “Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

Məqalədə : Təhsil Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 20:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com