Saxta viza ilə Bakıya gəlmək istəyənlər saxlanıldı - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
10:07
2043
Saxta viza ilə Bakıya gəlmək istəyənlər saxlanıldı - FOTO

2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində üç xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan ərazisinə gəlmək cəhdinin qarşısı alınıb.

DSX-dən FaktXəbər-ə verilən məlumata görə, “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı üç Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizalarının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olunub.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı, 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il təvəllüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit istifadə etməklə, Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar aşkar olunub.

Belə ki, Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məqalədə : Saxta viza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com